Braziliya millisinin üzvü Vinisius Junior bildirib ki, yığma komandanın baş məşqçisi Karlo Ançelotti ona hədiyyə söz verib.
“Qafqazinfo” xəbər verir ki, Ançelotti futbolçuya Şotlandiya ilə görüşdə baş zərbəsi qol vuracağı təqdirdə bunu edəcəyini deyib:
“Mən Ançelottiyə baş zərbəsi ilə qol vuracağıma söz vermişdim. Amma o, bunun mümkün olmadığını və bunu etsəm, mənə hədiyyə verəcəyini dedi. İndi isə artıq mən hədiyyəmi gözləyirəm”.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da 7 xalla qrupda lider olub və pley-offa vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər