İsrail fransız deputatların vizasını ləğv etdi

israil-fransiz-deputatlarin-vizasini-legv-etdi
Oxunma sayı: 1356

İsrail 27 fransız deputat və senatorunun vizasını son anda ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Bildirilib ki, aprelin 20-dən 24-dək İsrail və Fələstin ərazisinə səfər etməli olan 27 fransız solçu deputatın vizaları səfərə 48 saat qalmış ləğv edilib.

İsrailin Daxili İşlər Nazirliyi də vizaları ləğv etdiyini təsdiqləyib.

Fransa Lideri Emmanuel Makron isə hələlik şərh verməyib.

Qeyd edək ki, Makron bu yaxınlarda bildirib ki, bir neçə ölkə Fələstin dövlətinin tanınmasını iyun ayında Fransa və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi etdiyi BMT konfransında elan edə bilər. Bu açıqlama narazılıq doğurduqdan sonra Fransa Prezidenti söhbətin “HƏMAS-sız Fələstin dövlətindən” getdiyini vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu Makronla telefon danışığı zamanı onu Fələstin dövlətini tanımaqdan çəkindirib.