İsrail polisindən türkiyəli jurnalistə təzyiq - Video

israil-polisinden-turkiyeli-jurnaliste-tezyiq
Oxunma sayı: 2122

İsrail polisləri Şərqi Qüdsdə işləyən türkiyəli jurnalistə fiziki güc tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, hadisə insanların “Məscidül-Əqsa” yaxınlığında namaz qılmaq üçün toplaşdığı zaman baş verib.

Belə ki, polislər çəkiliş aparmaq istəyən jurnalist Mustafa Harufu tüfəngin lüləsi ilə vuraraq bir neçə dəfə təpikləyiblər.

Üzündən və bədənindən ağır xəsarətlər alan jurnalist xəstəxanasına aparılıb.

Sözügedən hadisənin videosunu təqdim edirik: