İstanbulda partlayış olub - Xəsarət alanlar var+Video

istanbulda-partlayis-olub
Oxunma sayı: 3228

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.

“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsindəki bərk tullantıların saxlanması üçün çənlər olan anbarda qeydə alınıb.

Məlumata görə, partlayışın gücündən çənin divarı uçub, 5 nəfər xəsarət alıb. Xəbərdarlıqdan sonra əraziyə polis və təcili yardım xidməti çağırılıb.

Partlayış anı təhlükəsizlik kameralarına düşüb: