Gəncədə yük maşınları qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb.
Belə ki, “KamAz” markalı yük maşını TIR-la toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər