Kəşmirdə turistlərə qarşı silahlı hücum - Ölənlər var+Yenilənib

kesmirde-turistlere-qarsi-silahli-hucum
Oxunma sayı: 2436

Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum olunub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Times of India” məlumat yayıb.

Yerli mətbuat qeyd edib ki, hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb.

Lakin səlahiyyətlilər hələlik bu barədə rəsmi açıqlama verməyiblər. Bölgənin rəsmisi Ömər Abdullah hadisə haqda bunları deyib:

“Bu hücum son illərdə mülki şəxslərə qarşı gördüklərimizdən böyükmiqyaslıdır. Ölənlərin sayı hələ də dəqiqləşdirilir, ona görə də bu təfərrüatlara girmək istəmirəm”.

Hücum edənlərin axtarışına başlanılıb.

***

Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında hücumla bağlı paylaşım edib:

“Pahalqamdakı terror aktını şiddətlə qınayıram. Həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralılara şəfa diləyirəm. Zərərçəkənlərin hamısına hər cür yardım göstərilir. Bu vəhşi hücumu törədənlər ədalətdən qaça bilməyəcək və heç vaxt bağışlanmayacaqlar. Terrorla mübarizəmiz daha da güclənəcək”.