“Real”ın yeni baş məşqçisi bəlli olub

realin-yeni-bas-mesqcisi-belli-olub
Oxunma sayı: 6165

“Real Madrid” Almaniyanın “Bayer” klubunu çalışdıran baş məşqçi Xabi Alonso ilə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında 3 illik iş müqaviləsi imzalanacaq.

Həmçinin Alonsonun 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fitnes məşqçisi Sebas Parrillanı Madridə gətirməyə hazırlaşdığı bildirilir.