Klublarımız Çempionlar Liqası matçlarını bu ölkədə keçirəcək

klublarimiz-cempionlar-liqasi-matclarini-bu-olkede-kecirecek
Oxunma sayı: 1500

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq. ÇL-dən bir həftə sonra isə orada ölkəmizi Avropa kubokunda “Aznur” təmsil edəcək. 

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.