Konfrans Liqasında da yarımfinalçılar bəlli oldu

konfrans-liqasinda-da-yarimfinalcilar-belli-oldu
Oxunma sayı: 2397

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Fiorentina” “Sele”ni, “Betis” “Yagelloniya”nı, “Çelsi” isə “Legiya”nı mübarizədən kənarlaşdırmaqla yarımfinala yüksəlib.

“Yurqorden” də “Rapid” səddini əlavə vaxtda vurduğu qollar sayəsində keçib.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab oyunları

“Çelsi” (İngiltərə) 1- 2 “Legiya” (Polşa) (İlk oyun - 3:0)

“Fiorentina” (İtaliya) 2-2 “Sele” (Sloveniya) (İlk oyun - 2:1)

“Rapid” (Avstriya) 1-4 “Yurqorden” (İsveç) (İlk oyun - 1:0)

“Yagelloniya” (Polşa) 1-1 “Betis” (İspaniya) (ilk oyun - 0:2)

Qeyd edək ki, yarımfinal mərhələsinin qarşılaşmaları mayın 1-də və 8-də reallaşacaq.