Küləkli hava nə vaxtadək davam edəcək?

kulekli-hava-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 2772

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.