“Lotu Qoca”nın qətlinin - - Təfərrüatı+Video, yenilənib

lotu-qocanin-qetlinin-
Oxunma sayı: 6026


“Lotu Qoca”nın hadisə yerində aldığı üç güllə yarasından sonra öldüyü bildirilir. Məlumata görə, kriminal aləmdə artıq bu ilin yanvarından ona qarşı münasibət dəyişmişdi. Qocanın aradan götürülməsinin əsas səbəbi isə “Ded Xasan”ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək Rövşən Lənkəranskinin tərəfinə keçməsi olub. Onun son “səhv”i isə Vaje Biqanişvili tərəfindən iyunda təşkil olunan “tacqoyma” mərasimində iştirakı göstərilir. 

Qeyd edək ki, nüfuzlu avtoritetlərdən hesab olunan Əlibaba Həmidov hələ 1992-ci ildə adam öldürməkdə ittiham olunaraq Azərbaycanda 14 il həbs cəzasına məhkum edilmişdi. 2000-ci ildə isə o gözlənilmədən Rusiyanın Moskva şəhərində peyda olur. 

***

Aldığımız son məlumatlara görə, “Lotu Qoca” ölməyib, can üstündədir. İstanbulda klinikalardan birinə yerləşdirilib. Həkimlər onun yaşamaq ehtimalının demək olar ki, olmadığını bildiriblər. 

Bu gün atası onun dalınca Bakıdan İstanbula uçacaq.