Malik Həsənov bu dəfə cənganlılarla görüşdü - Fotolar

malik-hesenov-bu-defe-cenganlilarla-gorusdu
Oxunma sayı: 3411

Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun seçicilərlə daha bir görüşü baş tutub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Həsənov namizədliyini irəli sürdüyü 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində bu dəfə rayonunun Cəngan kəndində vətəndaşların müraciətləri və problemlərini dinləyib.

Malik Həsənov qeyd edib ki, YAP rəhbərliyi namizədlərin qarşısına seçicilərin rəğbətini qazanmaq, sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyub.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasinin üzvü olub.