“Məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik”

meseleler-hellini-tapmasa-de-yure-bunu-edeceyik
Oxunma sayı: 4861

“Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur, ölkə təşkilatın yüksəksəviyyəli tədbirlərində iştirak etmir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament saatında müxalifətçi deputatın sualını cavablandırarkən deyib.

O, həmçinin qeyd edib ki, KTMT Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmək əvəzinə, əksinə, təhlükəsizlik problemləri yaradır.

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, o zaman məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik, bəs bizə nə qalır?” –Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.