“Mina qurbanlarının sayı 337-yə çatıb” - XİN

mina-qurbanlarinin-sayi-337-ye-catib
Oxunma sayı: 2295

“Mina qurbanlarının sayı artıq 337-yə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.

“Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir”, - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.