Neft quyusunda meyiti tapılan şəxsin kimliyi bilindi

neft-quyusunda-meyiti-tapilan-sexsin-kimliyi-bilindi
Oxunma sayı: 2978

Dünən Bakının Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalar nəticəsində ölən şəxsin 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev olduğu məlum olub. Onun ehtiyatsızlıq səbəbindən quyuya düşdüyü və oradan çıxa bilməyərək vəfat etdiyi ehtimal edilir.

Qeyd edək ki, dünən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.