Türkiyədə “Ahbap” dərnəyinə qarşı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılan məşhur aktrisa Eda Ece prokurorluqda dindirilib.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, aktrisa prokurorluqdan çıxandan sonra jurnalistlərin Haluk Leventlə bağlı sualına cavab olaraq müğənnini tanımadığını bildirib:
“İfadəmi verdim, hər şeyi orada dedim. İnanın, mən onu tanımıram. “Ahbap” dərnəyinə heç vaxt ianə etməmişəm”.
Qeyd edək ki, istintaq çərçivəsində aktyor və aktrisalar Eda Eceylə bərabər Farah Zeynep Abdullah, İrem Helvacıoğlu, Berna Laçin və Kerem Bürsin prokurorluğa çağırılıblar.
Xatırladaq ki, Eda Ece 2023-cü ildə mükafatlandırma mərasimində zəlzələdən zərər çəkənlərlə bağlı fikirlər səsləndirmişdi.
Türkiyəli aktrisanın həmin fikirləri ifadəsindən sonra yenidən sosial şəbəkələrdə gündəm olub.
“Zəlzələ bölgəsi üçün etdiyimiz hər şeyi başqalarının etdiyini düşündülər. Seçki nəticələrindən bunu anladıq. Amma nəysə”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər