Orxan Lökbatanlı sağdır

orxan-lokbatanli-sagdir
Oxunma sayı: 2978

Bir neçə dəqiqə əvvəl tanınmış meyxanaçı Orxan Lökbatanlının vəfat etməsi barədə mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, meyxanaçının sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub.

Məlumatların doğru olmadığı bildirilib:

“Yalan xəbərdir. Orxan yaxşıdır, narahat olmayın”.

Qeyd edək ki, Orxan Lökbatanlı bir neçə gün öncə xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu.