“Pitomnik bağı”ndakı park ləğv edilir? - Açıqlama - Video

pitomnik-bagindaki-park-legv-edilir
Oxunma sayı: 1306

Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən, “Pitomnik bağı” kimi tanınan ərazidə park ləğv edilir.

Bu iddia ilə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, hər gün əraziyə gələn yük avtomobilləri vasitəsilə oradakı göl tullantılar və torpaqla doldurulur. Parkın ləğv edilməsində və gölün doldurulmasında məqsəd kimi isə ərazidə binaların tikilməsi göstərilib.

Xəbəri rus dilində oxuyun: В 6-м микрорайоне уничтожают парк? 

İddialarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, faktla bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib: “Əlavə məlumat üçün bildiririk ki, sözügedən ərazidə mütəmadi olaraq iməciliklər həyata keçirilir və ağaclara aqrotexniki qulluq göstərilir. Eyni zamanda sabah Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həmin ərazidə iməcilik keçiriləcək”.

Lamiyə Məmmədova