“Qarabağ” 4 oyundur ki, qələbəyə həsrətdir

qarabag-4-oyundur-ki-qelebeye-hesretdir
Oxunma sayı: 1167

Misli Premyer Liqasının sayca XI “Zəfər turu”nda “Qarabağ” doğma meydanda “Turan Tovuz”a məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, “Azərsun Arena”da keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 80-ci dəqiqədə Roderik Miller vurub.

Bu nəticə ilə “Turan Tovuz” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Qarabağ” isə 19 xalla dördüncü sıraya geriləyib.

Beləliklə, Ağdam təmsilçisinin Premyer Liqada qələbəsiz oyunlar seriyası 4 matça çatıb. Qurban Qurbanovun komandası bundan əvvəl “Qəbələ” (0:0), “Neftçi” (3:3) və “Sabah”la (0:0) heç-heçə edib. “Köhlən atlar” son dörd qarşılaşmada mümkün 12 xaldan cəmi 3-nü qazana bilib.