“Rubio Kastronun nəvəsi ilə gizli danışıqlar aparır”

rubio-kastronun-nevesi-ile-gizli-danisiqlar-aparir
Oxunma sayı: 583

Tramp administrasiyası Kubada rejim dəyişikliyi üçün rəsmi diplomatik kanalları kənara qoyaraq, adanın pərdəarxası idarəçiləri ilə birbaşa təmasa keçib.

“Qafqazinfo” “Axios” portalına istinadən xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio Kubanın 94 yaşlı de-fakto lideri Raul Kastronun nəvəsi və qəyyumu, “Raulito” ləqəbli Raul Gilyermo Rodrigez Kastro ilə gizli danışıqlar aparır.

Mənbələr bildirir ki, həmin görüşlər rəsmi “danışıqlar” deyil, daha çox adanın gələcəyinə dair “strateji müzakirələr” xarakteri daşıyır.

Nəşr yazır ki, 41 yaşlı Raulito Kastro təkcə babasının cangüdəni deyil, həm də ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edən hərbi-biznes konqlomeratının (GAESA) əsas fiqurlarından biridir. Rubio və komandası onu inqilabi kommunizmin iflasını dərk edən və ABŞ ilə yaxınlaşmada maraqlı olan “işgüzar düşüncəli” gənc kubalıların nümayəndəsi kimi görür.

Xatırladaq ki, Kuba hökuməti yüksək səviyyəli dialoqu təkzib etsə də, “mesaj mübadiləsinin” aparıldığını etiraf edib.