“Sevənlər sevdiyini Parisə yox, Şuşaya aparsın”

sevenler-sevdiyini-parise-yox-susaya-aparsin
Oxunma sayı: 1804

“Bu, barbarca hərəkətdir. Fransada almanlardan qisas niyyəti ilə öz qadınlarının başlarını keçəl qırxırdılar ki, guya onların qeyrəti təmizlənir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Sahib Alıyev Fransada Azərbaycan parkına qarşı edilən hörmətsizliyə münasibət bildirərkən deyib. 

“Sevgi şəhəri Paris yox, Şuşadır. Sevənlər sevdiyini Parisə yox, Şuşaya aparsın”, - deyə, millət vəkili əlavə edib. 

Qeyd edək ki, Fransanın Evian-le-Bel şəhərində yerləşən Azərbaycan bağı dekabrın 18-də keçirilən bələdiyyə məclisində müxalifət tərəfindən müzakirəyə çıxarılıb. Şəhər meri bildirib ki, artıq Azərbaycan bağının qeyd olunduğu bütün yazılar yığışdırılıb.

Xatırladaq ki, 2015-ci ildə Evian-le-Bel şəhəri Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu çərçivədə 2017-ci ildə şəhərdə şair Xurşidbanu Natəvanın heykəli və oradakı hotellə üzbəüz Azərbaycan bağı istifadəyə verilib.

Zaur Mirzə