TQDK 2016-cı il mayın 1-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Son xəbərlər
Son Xəbərlər