Trampın iqamətgahına girmək istədi - Zərərsizləşdirildi

trampin-iqametgahina-girmek-istedi
Oxunma sayı: 832


ABŞ Məxfi Xidməti silahlı şəxsin ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına girməsinin qarşısını alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gizli Xidmətin rəhbəri Entoni Quqlielmi sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Bu səhər tezdən təhlükəsiz Mar-a-Laqo kompleksinə qanunsuz daxil olan silahlı şəxs ABŞ Gizli Xidmətinin agentləri və polisi tərəfindən zərərsizləşdirildi”, - o qeyd edib.

Təxminən 20 yaşlı kişinin yanında tapança və yanacaq kanistri olub.