Tsarukyana məxsus “Ararat” konyak zavodu dövlətin nəzarətinə keçdi

tsarukyana-mexsus-ararat-konyak-zavodu-dovletin-nezaretine-kecdi
Oxunma sayı: 479

Ermənistanın müxalifətçi lideri, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyana məxsus “Ararat” konyak zavodu dövlətin nəzarətinə keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, “İrəvan Konyak-Şərab-Araq Kombinatı Ararat Noy” ASC-nin səhmlərinin idarə edilməsi və saxlanılması İqtisadiyyat Nazirliyinin şəxsində Ermənistan Respublikasına həvalə olunub.

Qeyd edək ki, iyul ayında Tsarukyana məxsus “Araratsement” şirkəti də dövlətin idarəçiliyinə və mühafizəsinə verilib. İyunun əvvəlində müxalifətçi siyasətçiyə qarşı “Xüsusilə böyük məbləğdə vergidən yayınma” maddəsi ilə cinayət işi qaldırılıb və ölkədən çıxışına qadağa qoyulub.

Məhkəmə qərarından əvvəl Tsarukyan Baş nazir Nikol Paşinyana və dövlət televiziyasına qarşı iddia qaldırmışdı.