Türkiyədə Prezident yanında Strategiya və Büdcə İdarəsinin sədri İbrahim Şeneli müşayiət edən mühafizə xidmətinin avtomobili qəza törədib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza Anadolu yolunun Çamlıdere-Gerede hissəsində qeydə alınıb.
Bildirilib ki, hadisə nəticəsində bir polis əməkdaşı və avtomobilin sürücüsü həlak olub.
Qəzadan sonra hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.