Uitkoff və Kuşner İranla danışıqları davam etdirəcəklər

uitkoff-ve-kusner-iranla-danisiqlari-davam-etdirecekler
Oxunma sayı: 354

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner İranla nüvə sazişi üzrə yeni danışıqlar raundu üçün Cenevrəyə yola düşürlər.

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, tərəflər arasında həlledici görüş fevralın 26-da baş tutacaq.Məlumata

görə, artıq bir neçə həftədir ki, tərəflər nüvə sazişinin bərpası və ya yeni şərtlərlə imzalanması üçün intensiv müzakirələr aparırlar. Lakin ABŞ-nin daha əvvəl müzakirə etdiyi hərbi zərbə endirmə ehtimalı və bu yöndəki təzyiqlər danışıqlar prosesinə ciddi təsir göstərə bilər.

Agentlik yazır ki, İran Prezidenti Məsud Pezeşkian Cenevrədə dolayı yolla keçirilən təmaslar zamanı nüvə proqramı ilə bağlı qarşılıqlı təkliflər mübadiləsinin aparıldığını və prosesdə “həvəsləndirici siqnalların” olduğunu bildirib. Digər tərəfdən, Ağ Evin mətbuat katibi Kerolayn Levitt danışıqlarda müəyyən irəliləyişlərin olduğunu təsdiqləsə də, tərəflərin hələ də bir-birindən uzaq olduqlarını vurğulayıb.

Xatırladaq ki, İran daha əvvəl ABŞ ilə hər hansı yeni müqavilənin imzalanması üçün özünün məcburi şərtlərini və təhlükəsizlik zəmanətlərini açıqlamışdı.