Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib:
“Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik”.
Xatırladaq ki, iyulun 28-də Yaponiyanın cənubunda, Kumamoto prefekturasında 7.1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.
Son xəbərlər
Son Xəbərlər