“Xırdalana metro xətti çəkilməyəcək”

xirdalana-metro-xetti-cekilmeyecek
Oxunma sayı: 7865

“Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro stansiyasının inşası nəzərdə tutulmur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, artıq “Xocəsən” stansiyası istifadəyə verilib:

“Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.

Qeyd edək ki, yanvarın 8-də ictimaiyyətə açıqlanan Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Xırdalana metro xətti çəkiləcəyi açıqlanmışdı. Sonradan sözügedən plan rəsmi saytdan silinib. 

Gülnar Əliyeva