Xətai rayonun ən işlək küçələrindən olan Xudu Məmmədov küçəsi təmir edilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2100 metrdir. Aparılan işlər çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yol yatağı qazılıb çıxarılıb.
Yoldakı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu yeni səki daşları düzülüb. Həmçinin təmir zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub.




Son xəbərlər
Son Xəbərlər