YAP MSK-ya 50 min imza təqdim etdi

yap-msk-ya-50-min-imza-teqdim-etdi
Oxunma sayı: 1054

Yeni Azərbaycan Partiyası Prezident seçkilərində irəli sürdüyü namizəd İlham Əliyevin müdafiəsi üçün topladığı imzaları MSK-ya təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, 50 min seçici imzasının olduğu imza vərəqələri Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qeyd edək ki, növbədənkənar prezident seçikləri 2024-cü il fevralın 7-nə təyin edilib.