İlham Əliyevin oğlunun qəbul olduğu ali məktəbin adı məlum oldu

ilham-eliyevin-oglunun-qebul-oldugu-ali-mektebin-adi-melum-oldu
Oxunma sayı: 15623


Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qəbul imtahanında topladığı bal və qəbul olunduğu universitetin adı bəlli olub. "Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, bu il ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Heydər Əliyev 590 bal yığmağa müvəffəq olub. 

Əldə etdiyimiz məlumata görə, prezidentin oğlu bu balla Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub. Heydər Əliyev bu akademiyada ödənişli əsaslarla təhsil alacaq.