Elçibəyin İsrailə göndərdiyi məxfi məktub - Novella Cəfəroğlunun ərindədir

elcibeyin-israile-gonderdiyi-mexfi-mektub
Oxunma sayı: 697

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Xural” qəzetinə verdiyi müsahibədə Əbülfəz Elçibəylə Heydər Əliyevin münasibətləri barəsində bu günə qədər bilinməyən məqamlardan danışıb.

“Qafqazinfo” xəbər verir ki, N. Cəfəroğlu deyib ki, hamı Heydər Əliyevi Moskvada söyəndə, Əbülfəz bəy mənimlə yoldaşımı çağırdı: “Bilirsən də, 1974-cü ildə Əbülfəz bəy həbs olunanda Heydər Əliyev hakimiyyətdə idi. Dedi ki, "bir türk oğlunu qoymurlar orada otursun. Baxın, gürcü var, erməni var, bir türk oğlu gedib ora”.

Əbülfəz bəy dedi ki, "bir türk oğlu Moskvaya gedib, onu hər tərəfdən vururlar. Onun haqqında bir dənə məqalə yazın, müdafiə edin”. Dedik ki, "axı biz nə yazaq, biz nə bilirik ki?” Dedi sizə material verərəm. Bizə bir material verdi ki, Heydər Əliyev Azərbaycanda nə eləyib, biz də o məqaləni hazırladıq.

Moskvada "Московские Новости” qəzetində Şvelyov soyadl bir dostumuz var idi. Həmin məqaləni ona göndərdik”.

Müəllif yazıda qeyd edir ki, hələ Elçibəyin Novella xanım vasitəsilə Kələkidən onun həyat yoldaşına – İsrailə göndərdiyi sənədlər və yazılar məni daha çox maraqlandırdı. Niyə İsrailə? Niyə Novella xanımın yəhudi olan həyat yoldaşına? Oralarda nələr yazılıb görəsən? Təbii ki, bu söhbətin və bu faktların işığında Novella xanımdan Əbülfəz Elçibəyin yəhudi lobbisinə çıxışında onun yoldaşının rolunun olub-olmadığını soruşuram və Novella xanım müsbət cavab verir! Deməli, bizim bilmədiyimiz çox şeylər var hələ və işin qəribə yanı orasındadır ki, Novella xanımın dediyindən belə çıxır ki, Əbülfəz bəyin yazdıqlarını onun özü də oxumayıb. Deməli, yazışmalar, ya da Əbülfəz bəyin göndərdiyi yazılar çox məxfi göndərilib. Hətta Novella xanım özü oxuya bilməyibsə… 

Daha sonra xanım Cəfəroğlu bildirib ki, Əbülfəz bəy məktubda elə qəşəng şeylər yazıb:

"Yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O da mənə hətta oxumağa belə vermir. Deyir, “vaxtı, zamanı gələndə verəcəm…”