Türkiyədən sonra Albaniyaya getdi

turkiyeden-sonra-albaniyaya-getdi
Oxunma sayı: 2057

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başa çatıb.

“Qafqazinfo” bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Zelenskinin təyyarəsi ötən gün axşam saatlarında Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb.

Ukrayna lideri “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfər edib.

Xatırladaq ki, Zelenski mayın 14-də Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.