102-dən şikayət var

102-den-sikayet-var
Oxunma sayı: 2109


C. Şahin DİN-nin 102 xidmətindən şikayətçidir. Şikayətçi bildirib ki, dünən axşam 21 radələrində taksiylə evinə gedərkən başına iş gəlib: “Küçəyə girərkən arxamızca 10 XV 093 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü bizə hər tərəfdən hücüm etdi. Maşında ailəmlə birgə idim. Sonra maşından düşüb avtomobilin sürücüsünü saxlatdım. Maşında 4 nəfər idilər. Niyə belə etdiklərini soruşduqda ailəmin yanında məni təhqir etməyə başladı. Məndən soruşdu ki, "kim olduğunu bilirəm? Sonra isə türmədən yeni çıxdığını dedi"". 

C. Şahin bu zaman DİN-nin 102 xidmətinə kömək üçün zəng etdiyini qeyd edib: “Hadisə barədə məlumat verdim. Dedilər ki əraziyə polis göndərəcəyik. Amma göndərmədilər. İkinci dəfə zəng vurduğumda isə gedib ərizə yazmalı olduğumu bildirdilər. Belə şey olarmı? İnsan həyatı bu qədər ucuzmu? Niyə əraziyə vaxtında polis göndərmirlər? Bəlkə, o xuliqanlar məni öldürərdi? Onda necə olacaqdı?”.

Günel