15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

15-ilden-sonra-yeniden-ron-uizlini-canlandiracaq
Oxunma sayı: 330

Məşhur aktyor Rupert Qrint 15 ildən sonra “Harry Potter” filminin Ron Uizli obrazını yenidən canlandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə britaniyalı aktyor “Instagram” hesabında iki paylaşım edib.

“Köhnə cübbələri tozdan təmizləyirəm. Nyu-York, fevralda görüşənədək!”, - paylaşımda qeyd olunub.

Hazırda 38 yaşı olan Qrint gələn ilin fevral ayından etibarən dörd ay müddətinə Brodveydə “Harry Potter and the Cursed Child” tamaşasının aktyor heyətinə qoşulacaq.

O, jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “Ron Uizli” 11 yaşından bəri onun bir parçası olub: “Həyatımın bu mərhələsində onunla yenidən görüşməyi səbirsizlikə gözləyirəm. Həm canlandırdığım obrazın, həm də real həyatda mənim ata olduğum bir vaxtda “Ron”a həyat vermək mənim üçün çox özəl hissdir...”

Qeyd edək ki, tamaşada “Ron” və “Hermiona” evlənir və qızlarını Hoqvartsa göndərir.

Məlumat üçün bildirək ki, Qrint ilk dəfə 11 yaşında “Ron” rolunu oynamaq üçün seçilib.