“Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərdi - İllər sonra gələn etiraf

ask-i-memnunun-behlulu-ola-bilerdi
Oxunma sayı: 233

Türkiyənin tanınmış aktyoru Ozan Güven qatıldığı “YouTube” proqramında maraqlı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, məşhur “Aşk-ı Memnu” serialındakı unudulmaz Behlül obrazının əvvəlcə məhz ona təklif edildiyini bildirib.

Aktyor həmin vaxt roldan niyə imtina etdiyini bu sözlərlə izah edib:

“O dövrdə yeni bir salon serialı çəkmişdim. İki mövsüm “İstanbul Masalı”nda oynamışdım. Eyni tərzdə başqa bir iş görmək istəmədim. Bir az da yorulmuşdum. Ali Ateş də yeni doğulmuşdu. Kıvanç da rolu olduqca gözəl oynadı”.

Qeyd edək ki, Ozan Güvenin bu etirafı sosial mediada maraqla qarşılanıb.