20 illik foto arxivini sərgilədi - Gəliri xərçəng xəstəsi uşaqlara bağışlanacaq

20-illik-foto-arxivini-sergiledi
Oxunma sayı: 577

“Kızılcık Şerbeti” serialında “Abdullah Ünal” obrazını canlandıran məşhur aktyor Ahmet Mümtaz Taylan 20 illik foto arxivini sənətsevərlərə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, usta aktyor sərgidən əldə olunacaq bütün gəlirin xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf ediləcəyini bildirib.

Taylan özünü peşəkar fotoqraf adlandırmadığını, sadəcə hobbi olaraq çəkiliş etdiyini vurğulayıb.

Sərginin açılışında aktyoru serialdakı rol yoldaşı Özge Borak da tək qoymayıb. Ö. Borak tərəf müqabilinin baxış bucağına hər zaman böyük maraq duyduğunu və ona dəstək olmaq üçün tədbirə qatıldığını qeyd edib.