Türkiyəli aktrisa Qamze Özçelik uzun fasilədən sonra yenidən kamera qarşısına keçib. Aktyorluğa 8 il ara verən Özçelik TRT-nin rəqəmsal platforması “Tabii” üçün hazırlanan “Operasyon Alesta” serialı ilə ekranlara qayıdır.
“Qafqazinfo” xəbər verir ki, məşhur aktrisa serialda Afrikada çalışan mühəndis “Zeynep” obrazını canlandıracaq.
Özçelik çəkiliş meydançasından ilk görüntülərini paylaşaraq, yeni layihədə yer almaqdan məmnun olduğunu bildirib. Aktrisa komanda, rejissor və layihəyə dəvət edən həmkarlarına təşəkkür edib.
“Operasyon Alesta” illər sonra bir hissəsi olmaqdan, həqiqətən, xoşbəxt olduğum bir layihə idi. Hər anından zövq aldım”, – deyə Özçelik paylaşımında qeyd edib.
Yeni serialın yaxın aylarda tamaşaçılara təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Qamze Özçelik 2000-ci ildə “Miss Türkiyə” yarışmasında ikinci yer tutduqdan sonra aktyorluğa başlayıb və “Arka Sokaklar” serialında canlandırdığı “Zeynep” obrazı ilə tanınıb. Son illərdə isə o, xeyriyyə fəaliyyəti ilə gündəmdə olub.


Son xəbərlər
Son Xəbərlər