Ağdaşda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olundu

agdasda-belediyye-sedri-inzibati-mesuliyyete-celb-olundu
Oxunma sayı: 1386

Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Qarağan Sədi və Xınaxlı kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Faktlarla bağlı Qarağan Sədi kəndində obyekt icarədarı, Xınaxlı kəndində isə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.