Ağır yükləri dron və robotlar daşıyacaq

agir-yukleri-dron-ve-robotlar-dasiyacaq
Oxunma sayı: 341

Cənubi Koreya Aerokosmik Agentliyi (KASA) dron və robotların birgə iştirakı ilə təmassız ağır yükdaşıma sisteminin sınaqlarını uğurla başa vurub.

“Qafqazinfo” xəbər verir ki, sınaqlar ötən ay Seulun cənub-qərbində yerləşən Saçxon şəhərində keçirilib.

Mart ayından bəri müxtəlif ərazilərdə test edilən bu texnologiya KASA ilə Elektronika və Telekommunikasiya Tədqiqat İnstitutunun (ETRI) birgə layihəsidir.

İnnovativ sistem yüklərin təyin olunmuş nöqtələrə maneəsiz çatdırılması üçün dronlarla yerüstü robotların inteqrasiyasına əsaslanır.

Bildirilib ki, mütəxəssislər müxtəlif ssenarilər üzrə sistemin təhlükəsizliyini və effektivliyini yoxlamağa davam edirlər.