Azərbaycan və Pakistanın Ali məhkəmələri arasında memorandum imzalanacaq

azerbaycan-ve-pakistanin-ali-mehkemeleri-arasinda-memorandum-imzalanacaq
Oxunma sayı: 102

Dekabrın 2-də İslamabadda Azərbaycan və Pakistanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanacaq.

“Qafqazinfo” “Islamabad Post”a istinadla xəbər verir ki, bu barədə Azad Cammu və Kəşmir hökumətinin sözçüsü məlumat yayıb.

Bildirilib ki, sənədi Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov və Pakistan Ali Məhkəməsinin sədri Yəhya Afridi imzalayacaqlar.

Pakistan Ali Məhkəməsinin binasında keçiriləcək mərasimdə Azad Cammu və Kəşmir Ali Məhkəməsinin sədri Sərdar Ləyaqət Hüseyn də iştirak edəcək.

Memorandumun məqsədi iki ölkənin ali məhkəmə orqanları arasında institusional əlaqələri və qarşılıqlı əməkdaşlığı gücləndirmək, məhkəmə təcrübəsi, peşəkar biliklər və qabaqcıl təcrübə mübadiləsini təşviq etməkdir.