Ailəsini qorxudan kişi qumbaraları Qarabağdan gətiribmiş - Foto

ailesini-qorxudan-kisi-qumbaralari-qarabagdan-getiribmis
Oxunma sayı: 1824

Ötən gecə Sabunçu rayonu Pirşağı qəsəbəsində 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfovun törətdiyi hadisə ilə bağlı bəzi məqamlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 03 radələrində baş verib. Belə ki, İ. Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib.

Xəbəri rus dilində oxuyun: Задержанная за разбойное нападение девушка, оказалась дочерью чиновника ... - Все говорят о Жале

Bildirilir ki, İ. Nəcəfov işğaldan azad edilmiş ərazidə işləyib və qumbaraları da orada tapdığını deyib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

İnsidentin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Onların birgə nikahdan 3 övladı var.

Nizam Rza