Bakıda dünən axşam saatlarında evinin qarşısında güllələnən Allahverdi Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 10-u saat 21 radələrində əvvəllər məhkum olunmuş Allahverdi Mirzəyevin odlu silahla qətlə yetirilmiş meyiti yaşadığı evin həyətində tapılıb.
Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən qaynı Taryel Qurbanov olması müəyyən edilib və o, isti izlərlə tutularaq istintaqa təhvil verilib. Qətlin ailə münaqişəsi zəmnində baş verdiyi qeyd olunur.
A.Mirzəyevin əvvəllər Cinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunduğu bildirilir.
***
Suraxanı rayon prokurorluğunundan "Qafqazinfo"ya verilən məlumata görə, dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyev yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Murad Əhməd
Həmçinin oxuyun: Bakıda kriminal aləm üzvü həyətində qətlə yetirildi - Foto
Allahverdini evinə daxil olanda güllələyiblər - Ötən gecəki qətlin təfərrüatı
Son xəbərlər
Son Xəbərlər