Bu gün Misli Premyer Liqasının XXI turunda daha bir oyun keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ın qonağı olacaq.
Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında ilk dövrədə keçirilən görüşdə “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib.
Turnir cədvəlində “Araz-Naxçıvan” 30 xalla altıncıdır. Sonuncu olan “Karvan-Yevlax” isə 6 xalla on ikinci pillədə yer alıb.
Misli Premyer Liqası
II dövrə, XXI tur
21 fevral
14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”
Yevlax şəhər stadionu
Son xəbərlər
Son Xəbərlər