Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın Novorossiysk limanı yaxınlığındakı terminalında “Nelsa” tankerinə dronla hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumdan sonra gəmidə qalan kapitan və baş zabit istisna olmaqla, onun 22 nəfərlik beynəlxalq heyəti XBKK-nın yedək gəmiləri ilə təxliyə edilib. Hadisə zamanı zərərçəkən olmayıb.
Bununla belə, neftin yüklənməsi dayandırılıb, yanacağın dənizə tökülməsinin və alovlanmasının qarşısı isə alınıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı bəyanat yayaraq “Belə hücumları Qazaxıstan Respublikasının iqtisadi maraqlarına yolverilməz qəsd kimi qiymətləndiririk” deyə bildirib.
Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu - uzunluğu 1500 kilometr olan Xəzər magistral neft kəmərinin tikintisi və istismarı üçün Rusiya, Qazaxıstan, eləcə də xarici hasilat şirkətlərinin iştirakı ilə yaradılmış beynəlxalq neft nəqli şirkətidir.
Son xəbərlər
Son Xəbərlər