Starmer postunu Börnhama təhvil verdi

starmer-postunu-bornhama-tehvil-verdi
Oxunma sayı: 960

Böyük Britaniya Kralı III Çarlz Baş nazir vəzifəsindən ayrılan Kir Starmerin istefa ərizəsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kralın Mətbuat xidməti bəyanat yayıb.

“Parlamentin hörmətli üzvü ser Kir Starmer bu gün səhər kralın qəbulunda olub. O, Baş nazir və xəzinədarlığın birinci lordu vəzifəsindən istefa ərizəsini təqdim edib. Əlahəzrət ərizəni qəbul edib”, - bəyanatda deyilir.

Qeyd edək ki, 2024-cü ildən hökumət başçısı olan Kir Starmer iyunun 22-də istefa verib. O, yeni Baş nazir seçilənə qədər səlahiyyətlərinin icrasını davam etdirib. İyulun 17-də isə Endi Börnham Leyboristlər partiyasının yeni lideri seçilib və ölkənin yeni Baş naziri kimi bu postda Starmeri əvəz edib. O bu gündən səlahiyyətlərinin icrasına başlayır.