Azərbaycan nefti 1 dollar bahalaşıb

azerbaycan-nefti-1-dollar-bahalasib
Oxunma sayı: 1731

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 1,2% artaraq 85,66 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.