Bakı-Şamaxı yolu buz bağlayıb? - Açıqlama+Yenilənib

baki-samaxi-yolu-buz-baglayib
Oxunma sayı: 6317

Bakı-Şamaxı yolunun Mərəzə kəndi ərazisindən keçən hissəsində yol buz bağlayıb.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, nəticədə idarəetməni itirən iki avtomobil toqquşub. Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hələlik qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

***

AAYDA-dan “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən ərazidə buzlaşma yoxdur, bütün yollar nəzarətdə saxlanılır.