Paşinyan Moskvada qələbə paradında iştirak edəcək

pasinyan-moskvada-qelebe-paradinda-istirak-edecek
Oxunma sayı: 1570

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti onun Rusiya Prezidenti Vladimir Putinlə söhbətindən sonra məlumat yayıb.

“Ermənistan hökumətinin başçısı Rusiya liderinin dəvətini qəbul edib və yubiley tədbirlərində iştirak etməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.