Tramp Putinlə telefon danışığı aparıb

tramp-putinle-telefon-danisigi-aparib
Oxunma sayı: 1718

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Tramp “Truth Social” sosial şəbəkə hesabında açıqlayıb.

Onun sözlərinə görə, söhbət martın 13-də olub.

Tramp rusiyalı həmkarı ilə telefon danışığını yaxşı və məhsuldar adlandırıb.